Qış Olimpiya oyunlarının talismanları
Olimpizm xəbərləri
14.01.2022, 14:35
Əvvəllər Olimpiya oyunlarının orijinal simvolu yalnız həlqələrdən və Olimpiya məşəlindən ibarət idi. 1972-ci ilin yayında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Münhendə (Almaniya) keçirilən 73-cü sessiyasında "Olimpiya maskot”u (talismanı) anlayışı rəsmi olaraq təsdiq edildi. Olimpiya oyunlarının maskotu olimpizm prinsiplərini inkişaf etdirmək və oyunların təbliğinə kömək üçün nəzərdə tutulub. Bu maskot ölkənin mədəniyyətini əks etdirən və müasir Olimpiya Hərəkatının dəyərlərini simvolizə edən fantastik varlıq ola bilər. Hər Olimpiya oyunlarının öz maskotu olur. Qeyd edək ki, hər Olimpiya oyunu üçün simvol seçimi 1968-ci ildən başlayıb. Seçilmiş maskot Beynəlxalq Olimpiya Komitəsinin İdarə Heyətinin yekun qərarı ilə təsdiq edilir. Soçi Qış Olimpiya Oyunlarının talismanları 2011-ci ildən tanıdılmağa başladı. Ümumiyyətlə, BOK-un qərarına əsasən Olimpiya talismanları 3 il əvvəlcədən tanıdılır. 1968-ci ildə Qrenoblda (Fransa) keçirilən Qış Olimpiya Oyunlarının talismanı xizəkçi oyuncaqlar seçildi. Əslində, bu oyuncaqların əks olunduğu sinə nişanları və fiqurlar satış üçün hazırlanmışdı. Lakin bu əşyalar elə populyar oldular ki, onlar oyunların qeyri-rəsmi talismanına çevrildilər. Sapporo-1972 (Yaponiya) Qış Olimpiya Oyunlarının talismanı yox idi. Buna baxmayaraq, həmin il Münhendə (Almaniya) keçirilən yay Olimpiya oyunları zamanı talisman kimi "Waldi” maskotu seçildi. Bu, rəsmi Olimpiya talismanları ənənəsinin başlanğıcı oldu. 1976-cı ildə İnsbrukda (Avstriya) təşkil olunan qış Olimpiya oyunu zamanı "qar adamı” talisman kimi seçildi. Leyk-Plesid (ABŞ-1980) qış Olimpiya oyunlarının "Roni Racoon” olub. Sarayevo -1984 (Yuqoslaviya) qış Olimpiya oyunlarının talismanı "canavar balası” idi. Bu simvol haqqında fikirlər müxtəlif idi. Çünki canavar, ənənəvi olaraq, yırtıcı obraz sayılır. Lakin bu simvolu tərtib edənlər "canavar balası”nı təbiətə, heyvanlara yardım göstərən bir simvolik varlıq kimi tanıtmışdı. Kalqari-1988 (Kanada) qış Olimpiya oyunları üçün "Hidy və Houdi” adlı ağ ayılar talisman kimi seçilmişdi. Onların hekayələrinə görə, ayılar bacı-qardaşdırlar və onların adları "salam” sözündən götürülüb. Albertville-1992 (Fransa) qış Olimpiya oyunlarını talismanı dağ keçisi idi. 1994-cü ildə Norveçin Lillehammer şəhərində keçirilən qış Olimpiya oyunlarında talismanlar ilk dəfə insan obrazı ilə ifadə olunmuşdu. Bunlar Norveç folklorundan olan Hakon (oğlan) və Kristin (qız) bacı-qardaşları idi. Naqano-1998-də (Yaponiya) Sukki, Nokki, Lekki və Tsukki adlı bayquş balaları Olimpiya talismanı seçilmişdi. Onlar müdrikliyi və ilin dörd fəslini simvolik formada əks etdirirdi. Onların adları Yaponiyanın 47,484 min sakini tərəfindən Təşkilat Komitəsinə təqdim edilmişdi. Maraqlıdır ki, məhz Naqanodakı Olimpiya oyunlarından sonra yay və qış Olimpiya oyunlarının talismanlarının sayında dəyişiklik oldu. Solt-Leyk-Siti-2002 (ABŞ) qış Olimpiya oyunlarını talismanları dovşan və Amerika canavarı idi. Onların təsvirləri şəhərin əsas gəlir mənbələri olan mis və kömürü əks etdirirdi. Turin-2006 (İtaliya) qış Olimpiya oyunlarının talismanı "Qartopu Neve” və "Glizi” adlı buz dənəciyi idi. Onların əsas keyfiyyətləri ruh yüksəkliyi, idmana maraq və ətraf mühitə qayğı hissi yaratmaq idi. Təsvirlər dizayner Pedro Albuqerqe tərəfindən hazırlanmışdı. Vankuver-2010 (Kanada) qış Olimpiya oyunlarının talismanı "Miga”, paralimpiya oyunlarının talismanı isə "Sumi” adlanırdı.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası