Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb. E.Zülfüqarov qadın voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının B qrupunda çıxış edən “Vakıfbank” (Türkiyə”) – “LP Salo” (Finlandiya) matçında ikinci hakim olaraq oyunu idarə edəcək. Görüşün baş hakimi rusiyalı Yevgeni Makşanov olacaq.
“Vakıfbank” – “LP Salo” oyunu yanvarın 20-də İstanbulda keçiriləcək.
CEV tərəfindən beynəlxalq dərəcəli hakimimizə növbəti təyinat