Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib. Federasiyanın İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Belə ki, Firat Hüseynov federasiyanın vitse-prezidenti, Məhərrəm Sultanzadə isə baş katibi vəzifəsinə seçiliblər.
Yeni seçilmiş heyət 2024-cü ilin sonunadək vəzifələrini icra edəcək.
            
                            
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
        
                        
                        
                        
                        
                        
                        
                        
                        

