Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb. E.Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Lokomotiv” (Rusiya) – “Zaksa” (Polşa) matçında baş hakim olaraq oyunu idarə edəcək. Görüşdə ikinci hakim funksiyasını serbiyalı Mirko Jankoviç yerinə yetirəcək. Qarşılaşma fevralın 12-də Rusiyanın Novosibirsk şəhərində təşkil olunacaq.
Beynəlxalq dərəcəli hakimimizə CEV tərəfindən növbəti etimad