Yüksək Liqada növbəti oyunların vaxtı dəqiqləşdi

Yüksək Liqada növbəti oyunların vaxtı dəqiqləşdi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı və yeri dəqiqləşib. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, ikinci dövrənin sonuncu turu martın 10-da “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq. Onuncu turun ilk qarşılaşması saat 15:00-da “Sərhədçi” – “Murov” arasında keçiriləcək.
Dövrənin son matçı isə iki saat sonra başlayacaq. Həmin görüşdə “Neftçi” komandası “Ekspress”volə qarşılaşacaq.