Bu gün 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start verilib.
Mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının ikinci təsnifat mərhələsinə hazırlaşan komandamız məşqlərə Bakıda start verib.
On dörd voleybolçunun cəlb olunduğu toplanışa baş məşqçi Eldar Əliyev rəhbərlik edir. Ona Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin kömək edirlər.
Bakıda təşkil olunan təlim-məşq toplanışı “Murov” voleybol klubunun və “Sərhədçi” Olimpiya İdman Mərkəzinin idman zallarında keçiriləcək.
Qeyd edək ki, voleybolçularımız Avro-2022-nin təsnifat oyunlarında E qrupunda Kosovo, Niderland və Slovakiya milliləri ilə mübarizə aparacaq.
Millimiz qitə çempionatının təsnifat mərhələsinə hazırlaşır