Avropa çempionatında çıxışını başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb

Avropa çempionatında çıxışını başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb

Olimpizm xəbərləri

03.05.2022, 11:24

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında çıxışını uğurla başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb.

Olimpnews.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında cüdoçuları ACF-nin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və cüdosevərlər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurublar. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala yiyələnib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR