Macarıstanın "Vaşaş" klubu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın müqaviləsini uzada bilər.
Bu barədə OlimpNews.az-a müsahibəsində 29 yaşlı oyunçunun özü bildirib.
Abduləzimova hazırda danışıqların davam etdiyini söyləyib: "Ümid edirəm ki, xeyirlisi nədirsə, o da olacaq".
Qeyd edək ki, "Vaşaş" ötən gün ölkə çempionu olub.
Ayşən Abduləzimovanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.