Azərbaycanın voleybol millisi Avropa çempionatına hazırlığı başa vurub

Azərbaycanın voleybol millisi Avropa çempionatına hazırlığı başa vurub

22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II təsnifat mərhələsinə hazırlığı başa vurub.

Federasiyadan Olimpnews-a verilən məlumata görə, aprelin 29-da Bakıda başlayan təlim-məşq tolanışı Türkiyədə yekunlaşıb.

Eldar Əliyevin baş məşqçi olduğu kollektiv paytaxt Ankarada yerli yığma ilə yoxlama oyunları keçirib. "Ay-ulduzlular"la keçirilən hər iki görüşdə rəqib qələbə qazanıb.

Qeyd edək ki, Avropa çempionatının II təsnifat mərhələsi 20 - 22 mayda Kosovoda keçiriləcək. Azərbaycan millisi Türkiyədən birbaşa sözügedən ölkəyə yollanacaq.