Mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının ikinci təsnifat mərhələsinə hazırlaşan 22 yaşadək oğlan voleybolçulardan ibarət milli komandamızın təlim-məşq toplanışı başa çatıb. Aprelin 29-da Bakıda başlayan hazırlıq prosesinə Türkiyədə yekun vurulub.
Baş məşqçi Eldar Əliyevin rəhbərlik etdiyi millimiz qardaş ölkədə yerli yığma komanda ilə də gücünü yoxlayıb. Türkiyə millisi ilə keçirilən 2 görüşdə rəqib komanda qələbəyə sevinib.
Beləliklə, 20 günlük təlim-məşq toplanışını yekunlaşdıran milli komandamız Türkiyədən birbaşa Kosovoya yollanıb.
Qeyd edək ki, millimiz Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində ilk oyununu sabah Kosovo komandasına qarşı keçirəcək.
Millimiz Türkiyə hazırlığını başa vurub Kosovoya yollandı