Millimizdən Avro-2022-nin təsnifat mərhələsinə uğurlu start 

Millimizdən Avro-2022-nin təsnifat mərhələsinə uğurlu start 

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Avro-2022-nin təsnifat mərhələsində ilk oyununa çıxıb. E qrupunda yer alan millimiz mayın 20-də ev sahibi olan Kosovo yığması ilə üz-üz gəlib. Oyun komandamızın üstünlüyü ilə başlayıb. İlk setdə 25:17 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün oyun sərgiləyib - 25:11, 25:20. Beləliklə, ilk görüşdə 3:0 hesablı inamlı qələbə qazanan Eldar Əliyevin komandası 3 xala yiyələnib.
Qrupun digər oyununda isə Niderland millisi Slovakiya ilə üz-üzə gəlib. Görüş Niderland millisinin 3:0 (25:22, 25:20, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb. 
Baş məşqçi Eldar Əliyevin komandası bu gün qrupun favoriti olan Niderland millisi ilə üz-üzə gələcək. 
Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda mübarizə aparır. Reqlamentə əsasən qrup mərhələsinin qalibləri və ən yaxşı ikinci yerin sahibi olan komandalar iyul ayında Polşada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
 

Millimizdən Avro-2022-nin təsnifat mərhələsinə uğurlu start  Millimizdən Avro-2022-nin təsnifat mərhələsinə uğurlu start  Millimizdən Avro-2022-nin təsnifat mərhələsinə uğurlu start