Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev Çexiyada 17 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarının referilərindən biri olacaq.
Federasiyanın mətbuat xidmətindən "Olimpnews"a verilən məlumata görə, iyulun 16-da start götürəcək yarışda niderlandlı, çexiyalı, türkiyəli, estoniyalı, ispaniyalı, bolqarıstanlı, yunanıstanlı, italiyalı, belçikalı, norveçli və kiprli ədalət təmsilçiləri də yer alacaq.
Qeyd edək ki, Çexiyanın Hradec Kralove şəhərində təşkil olunacaq yarış iyulun 24-dək davam edəcək. Avropa çempionatında Bolqarıstan, Xorvatiya, Çexiya, Almaniya, Serbiya, Niderland, Macarıstan, İtaliya, Polşa, Sloveniya, Türkiyə və Finlandiya yığmaları mübarizə aparacaq.