"Çelsi" "Napoli"nin müdafiəçisini transfer edib

"Çelsi" "Napoli"nin müdafiəçisini transfer edib

İngiltərənin "Çelsi" klubu növbəti transferini gerçəkləşdirib.

Olimpnews.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" İtaliya "Napoli"sindən Kalidu Kulibalini heyətinə qatıb.

32 yaşlı seneqallı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kalidu Kulibali 2014-cü ildən "Napoli"nin formasını geyinib. "Çelsi" daha əvvəl "Mançester Siti"dən ayrılan Rahim Sterlinqlə sözləşmə bağlayıb.