Azərbaycan qılıncoynadanı dünya çempionatında mərhələ adlayıb

Azərbaycan qılıncoynadanı dünya çempionatında mərhələ adlayıb

Azərbaycanlı qılıncoynadan Barat Quliyev Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

"Olimpnews"un məlumatına görə, qılıncoynatmanın şpaqa növündə çıxış edən Quliyev 1/32 finalda lüksemburqlu Flavio Cannotteyə 13:12 hesabı ilə qalib gəlib.

Onun 1/16 finaldakı rəqibi ABŞ idmançısı Yeisser Ramiresə 14:11 hesabı ilə qalib gəlmiş macarıstanlı Mate Tamaş Kox olacaq. Bu görüş Bakı vaxtı ilə saat 15:50-də başlayacaq.

Qeyd edək ki, dünya çempionatına 23 iyulda yekun vurulacaq.