Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb. Dünya çempionu və XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırım üzərində qələbə qazanıb. Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) isə bürünc medal əldə edib.
Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub.
Kikboksinqçimiz Azərbaycana Konya-2021-in 25-ci qızıl medalını qazandırıb