Bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yekun vurulacaq. Son yarış günündə Azərbaycan təmsilçiləri idman gimnastikası, kikboksinq və karate növlərində mübarizə aparacaqlar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarının ötən günləri ərzində Azərbaycan komandası 85 medal qazanıb. Onlardan 26-sı qızıl, 30-u gümüş, 29-u bürünc medallardır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədədir.
Oyunlarda Türkiyə 303 (127 qızıl, 97 gümüş, 79 bürünc), Özbəkistan 140 (46 qızıl, 38 gümüş, 56 bürünc) və İran 127 (38 qızıl, 41 gümüş, 48 bürünc) medalla ilk 3 pilləni tuturlar.
Qeyd edək ki, Konya-201-in bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu gün Konya-2021-ə yekun vurulacaq