Bu gün qadın voleybolçulardan ibarət milli komandamız Avro-2023-ün seçmə qrup mərhələsində növbəti oyununu keçirəcək. D qrupunda mübarizə aparan millimiz Sloveniyanın Maribor şəhərində yerli komanda ilə qarşılaşacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun sentyabrın 3-də Bakıda keçirilmişdi. Həmin görüşdə Sloveniya yığması 1:3 hesabı ilə qalib gəlmişdi.
Hazırda aktivində 11 xal olan Sloveniya komandası 1-ci pillədə yer alıb. Azərbaycan millisi isə 9 xalla 2-ci pillədə qərarlaşıb.
Azərbaycan komandası bu oyunda məğlub olacağı təqdirdə qrup ikincisi kimi mərhələ şansını çətinləşdirəcək.