Yüksək Liqada yeni mövsümünün püşkü atılıb

Yüksək Liqada yeni mövsümünün püşkü atılıb

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda 2022-2023-cü il mövsümünün püşkü atılıb.

Püşkün nəticəsinə görə, Yüksək Liqada sentyabrın 26-da keçiriləcək birinci turda “Baku Fire” – “Neftçi”, U-19 – “Record” və “Araz-Naxçıvan” – “Alyans” (Lənkəran) oyunları keçiriləcək.

Oktyabrın 13-14-də keçiriləcək Birinci Liqanın ilk turunda “Baku Fire-2” “Şamaxı”, “Alyans Qrup” “STAR kargo”, VİFLY “Şuşa”, “Standard” U-17, “Dəstə Ordubad” isə ADBTİA ilə üz-üzə gələcək.

İkinci Liqaya oktyabrın 16-da start veriləcək. Birinci turda “Dalğa” – “Advokat”, “Timsport” – “Zəngilan”, “Rəvan” – “Baku Fire-3”, “Metropoliten” – “Xan-Lənkəran” və “Çinar Zəngilan” – “Flaqman” oyunları baş tutacaq.

Qeyd edək ki, Yüksək Liqada komandalar 4, Birinci və İkinci liqalarda isə 2 dövrədə mübarizə aparacaqlar. Əsas mərhələni ilk 4 sırada başa vuracaq iştirakçılar pley-off oyunlarına yüksələcək. Lider dördüncü, ikinci pillənin sahibi isə üçüncü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. İki qələbə qazanan komandalar finala, məğlub olan iştirakçılar isə üçüncü yer uğrunda oyunda iştirak edəcəklər. Final və üçüncü yer uğrunda qarşılaşma bir oyundan ibarət olacaq.