"Murov" hazırlıq posesinin son oyununu qələbə ilə başa vurdu 

"Murov" hazırlıq posesinin son oyununu qələbə ilə başa vurdu 

Polşanın Kielnarova bölgəsində təlim-məşq toplanışında iştirak edən "Murov" voleybol klubu hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununda qüvvəsini sınayıb. Təmsilçimiz yerli "Ekstrans Jetsov"la qarşılaşmada qələbə qazanıb. 
Qeyd edək ki, “Murov” bundan əvvəl keçirdiyi digər 2 yoxlama oyununu da qələbə ilə başa vurmuşdu. 
Hazırlıq prosesini bu gün yekunlaşdıracaq “Murov”klubu sabag Vətənə dönəcək və məşqlərini ölkə daxilində davam etdirəcək.
Qeyd edək ki, Azərbaycanı Çağırış Kubokunda təmsil edəcək "Murov" oktyabrın 19-u və 20-də Bakıda Xorvatiyanın "Kitro Varazdin" komandası ilə qarşılaşacaq. Hər iki görüş saat 18:00-da start götürəcək.