Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, şəhərin fiziki tərbiyyə müəllimlərinin təşəbbüsü ilə 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Nizami diyarının tam orta məktəblərinin fiziki tərbiyə müəllimləri arasında ənənəvi olaraq voleybol yarışı təşkil olunub. Gəncə şəhəri 28 nömrəli tam orta məktəbin idman zalında keçirilən, 4 komandadan ibarət voleybol yarışının açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, tədbir iştirakçılarını 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar təbrik edərək, əlamətdar tarixlərin əhəmiyyətindən danışmış və yarış iştirakçılarına uğurlar arzulayıb.
Yarışın sonunda qaliblər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlarla təltif olunublar.
Zəfər Günü" və Dövlət Bayrağı Gününə həsr olunmuş voleybol turniri keçirilib