Beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayevə Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən etimad göstərilib. Ədalət təmsilçimiz bu gün CEV kuboku yarışının 1/16 final mərhələsinin oyununa yeni təyinat alıb. F.Ağayev kişi voleybolçular arasında “Dinamo” (Buxarest, Rumıniya) - “Lüneburq” (Almaniya) qarşılaşmasının baş hakim olacaq. Matçın ikinci hakimi vəzifəsini isə bosniyalı Jasmin Huseynoviç yerinə yetirəcək.
Ədalət təmsilçimizə CEV tərəfindən etimad göstərildi