Millimizin rəqibləri müəyyənləşdi

Millimizin rəqibləri müəyyənləşdi

Millimizin rəqibləri müəyyənləşdi

Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. İtalyanın Napoli şəhərində təşkil olunan tədbirdə ölkəmizi Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov və AVF-nin baş katibi Fərid Xəlilov təmsil edib. 
Püşkatmada ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin də rəqiblərinin adlarına aydınlıq gəlib. C qrupunda mübarizə aparacaq millimiz Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan komandaları ilə üz-üzə gələcək. Komandamız 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.
Həlledici oyunlar 2023-cü il avqustun 15-dən sentyabrın 3-dək təşkil olunacaq. 
 

Millimizin rəqibləri müəyyənləşdi Millimizin rəqibləri müəyyənləşdi Millimizin rəqibləri müəyyənləşdi