Siyəzəndə gənclər arasında voleybol üzrə rayon birinciliyi keçirilib. Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi yarış 17 Noyabr - Milli Dirçəliş Gününə və Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyinə həsr olunub.
Yarışın açılış mərasimində Siyəzən Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov bildirib ki, doqquz komandanın iştirak etdiyi birincilik gənclər arasında voleybol idman növünün təbliği və inkişaf etdirilməsi, gənclərin sağlam həyat tərzinə təşviq edilməsi və onların arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması, voleybol üzrə rayon komandasının tərkibinin müəyyənləşdirilməsi məqsədi daşıyır.
Açılış mərasimindən sonra komandalar arasında mübarizəyə start verilib.
Yarışın yekun nəticəsinə əsasən “Qələbə” komandası I, “Dəmir Yumruq” komandası II, “Böyük Həmyə” komandası isə III yeri qazanıb.
Yer tutan komandalar Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif ediliblər.
Voleybol birinciliyinə yekun vuruldu