Bu gün 2022-2023-cü illərdə ölkəmizdə keçiriləcək yarış və turnirlərdə iştirak edəcək hakimlərin seminarı keçirilib. İlk olaraq Azərbaycan Voleybol Federasiyasının hakimlər komissiyasının sədrinin müavini, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və beynəlxalq dərəcəli hakim Zaur Hacıyev seminar iştirakçılarını salamlayıblar və onlara qarşıdakı yarışlarda uğurlar arzu ediblər.
Beynəlxalq dərəcəli hakimlərimiz Eldar Zülfüqarov və Zaur Hacıyev seminar iştirakçılarına yeni qaydalar haqqında məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar. Seminarın sonunda hakimlər onlar üçün hazırlanmış test imtahanında iştirak ediblər. Testin nəticələrinə uyğun olaraq Hakimlər komissiyası hakimlərin təyinatını həyata keçirir.
Qeyd edək ki, uzun zamandır ki, ölkəmizdə keçirilən bütün yarışlara hakimlər Azərbaycan Voleybol Federasiyasının Hakimlər komisiyyası tərəfindən təyin olunurlar.
Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyası hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün seminarlar keçirib. Yaxın zamanlarda belə seminarlar yenidən təşkil olunacaq.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutan seminarda 40-a yaxın hakim iştirak edib.
Hakimlər üçün seminar keçirilib