Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək. Dekabrın 2-də start götürəcək çempionatda 6 ölkənin milli komandası mübarizə aparacaq. Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşan komandaları ilə üz-üzə gələcək. Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığmamız ilk oyununda Polşa komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Komandamız dekabrın 3-də Estoniya, bir gün sonra isə Latviya komandası ilə üz-üzə gələcək. Dekabrın 5-6-da isə voleybolçularımız müvafiq olaraq, Gürcüstan və Ukrayna komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Avro-2023-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına vəsiqə əldə edəcək.