Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev qadın voleybolçular arasında keçirilən Çağırış kuboku yarışına təyinat alıb. Z.Hacıyev turnirin 1/16 final mərhələsində mübarizə aparan Rumıniyanın “Rapid” və Çexiyanın “Ostrava” klubları arasında təşkil olunacaq görüşdə baş hakim funksiyasını yerinə yetirəcək. Matçın ikinci hakimi italiyalı Alessandro Cerra olacaq.
“Rapid”-“Ostrava” görüş bu gün Buxarestdə keçiriləcək.