Çağırış kuboku: Bu gün "Azərreyl" Almaniyada cavab oyununa çıxacaq

Çağırış kuboku: Bu gün "Azərreyl" Almaniyada cavab oyununa çıxacaq

Çağırış kubokunda mübarizə aparan qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Almaniyada cavab oyununa çıxacaq. Komandamız 1/16 final mərhələsinin ikinci oyunu çərçivəsində Almaniyada "VfB SUHL Thüringen" klubu ilə üz-üzə gələcək. Bu komandalar arasında cavab görüşü tərəflər arasında qarşılıqlı razılıq əsasında Almaniyada təşkil olunacaq.

Qeyd edək ki, "Azərreyl” dünən keçirilən mərhələnin ilk oyununda Almaniya təmsilçisinə 3:1 (25:15, 23:25, 25:20, 25:16) hesabı ilə məğlub olub.

 

Azər