“Murov” avrokuboklarda mübarizəni dayandırdı

“Murov” avrokuboklarda mübarizəni dayandırdı

Ölkəmizi avrokuboklarda təmsil edən kişi voleybolçulardan ibarət "Murov” klubu Çelenc kubokunun 1/8 final mərhələsi çərçivəsində cavab oyununa çıxıb. Komandamız Bakıda Niderlandın "Orion” klubu ilə üz-üzə gəlib. Təəssüf ki, "Murov” klubu Bakıdakı oyunda da rəqibinə məğlub olub - 1:3 (23:25, 25:22, 23:25, 22:25). Bundan əvvəl də səfərdə Niderland təmsilçisinə 3:1 hesabı ilə məğlub olan "Murov” avrokuboklarda mübarizəni dayandırıb.