Ölkəmizi avrokuboklarda təmsil edən qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış kuboku yarışının 1/16 final mərhələsinin cavab oyununa çıxıb. Komandamız Almaniyada yerli “Thüringen" kluubu ilə qarşılaşıb. Oyun rəqib komandanın 0:3 (15:25, 17:25, 9:25) hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da komandamız avrokuboklardakı çıxışını dayandırıb.
Qeyd edək ki, “Azerreyl” ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı - 1:3.