Veqorst: «O, indi məni yaxşı tanıyır»

Veqorst: «O, indi məni yaxşı tanıyır»

«Börnli» klubunun və Niderland millisinin hücumçusu Vut Veqorst Leonel Messi ilə mundial vaxtı aralarında baş vermiş narazılıqdan danışıb. «Mən meydanda yalnız qol vurmaq barədə düşünürəm. Messi ilə matç ərzində elə bir ciddi problem yaranmamışdı. Sonradan hisslərimizi cilovlaya bilmədik. Lakin ona böyük hörmətlə yanaşıram. Matçdan sonra ona yaxınlaşıb, barışıq əldə etmək istəyirdim. Düşündüm ki, bəlkə də o buna hazır deyil. O, indi məni yaxşı tanıyır. Bu mənim üçün əsas amildir», - deyə niderlandlı futbolçu CNN-yə bildirib.