Futbol kralı yaxınları ilə vidalaşdı

Futbol kralı yaxınları ilə vidalaşdı

Noyabrın sonlarında San-Pauludakı Albert Eynşteyn xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən braziliyalı üçqat dünya çempionu Pelenin vəziyyəti son günlər daha da ağırlaşıb. Futbol kralının əziyyət çəkdiyi xərçəng xəstəliyi artdıqca onda ürək və böyrək çatışmazlığı meydana gəlir.

Əfsanəvi futbolçu artıq ailə üzvləri ilə də vidalaşıb. O, video zəng vasitəsilə yaxınları ilə sağollaşıb.

Qeyd edək ki, sosial şəbəkələrdə futbolçu üçün tabutun hazırlanması ilə bağlı görüntülər də yayılıb.