NTD yenidən liderliyə yüksəldi

NTD yenidən liderliyə yüksəldi

Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib.

İkinci oyun günündə "Gəncə" və NTD komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşün sonunda NTD basketbolçuları 86:79 hesablı qələbə qazanıblar. Komanda birgünlük fasilədən sonra yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Qeyd edək ki, turun “Neftçi” - "Zirvə Astara" və "Olimpik Şəki" - "AAAF Xırdalan" matçları yanvarın 14-də və 15-də oynanılacaq.