“AHİTA-nın qayğısını “Zenit” BTİC İB-in idmançıları hər zaman hiss edirlər”
Olimpizm xəbərləri
16.02.2023, 15:22
Bu yaxınlarda güləşçilərimiz Xorvatiyada təşkil olunan “Zaqreb Open” turnirində iştirak ediblər. Pəhləvanlarımız ilin ilk sınağını 12 (2 qızıl, 3 gümüş, 7 bürünc) medalla başa vurublar. Komandamıza Zaqrebdə qızıl medal qazandıran idmançılardan biri də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) strukturuna daxil olan “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sərbəst güləşçisi Əliabbas Rzazadədir. 23 yaşadək güləşçilər arasında 57 kq-da dünya çempionatının qızıl, Avropa çempionatının gümüş mükafatçısı olan Əliabbas çempionatdan qayıtdıqdan sonra redaksiyamızın qonağı olub. Turnirlə bağlı təəssüratlarını bölüşən idmançımız həmçinin, Olimpiya Oyunlarına lisenziya şansları barədə də danışıb.
- Əliabbas, 2023-cü ilə reytinq yarışında qızıl medal qazanmaqla başladın. Qələbə təəssüratlarını bizimlə bölüşərdin. - “Zaqreb Open” turnir 2023-cü ildə ilk sınağım idi. Təbii ki, bu il Paris Olimpiadasına son hazırlıq mərhələsi olduğu üçün Xorvatiyadakı yarış reytinq baxımdan daha böyük əhəmiyyət kəsb edirdi. Bu da turnirin gərginliyini bir qədər də artırırdı. İstər final, istərsə də yarımfinal görüşləri öz gərginliyi ilə seçildi. Lakin buna baxmayaraq, bütün görüşlərimi qələbə ilə başa vurdum. Mənə göstərdiyi diqqət və qayğıya görə AHİTA-ya, Azərbaycan Güləş Federasiyasına, təmsil olunduğum “Zenit” BTİC İB-in rəhbərliyinə və məşqçilərimə minnətdarlığımı bildirirəm. AHİTA-nın qayğısını “Zenit” BTİC İB-in idmançıları hər zaman hiss edirlər. Bu diqqət və qayğı biz idmançılar üçün bir stimuldur.
- İlk mərhələyə çinli idmançı üzərində qələbə ilə başladın. Bu qələbə ilə həm də ondan ötən il keçirilən dünya çempionatındakı revanşını aldın. - Bəli, ilk görüşüm qeyd etdiyiniz kimi çinli Vanhao Zuya qarşı oldu. Ötən il Serbiyada keçirilən dünya çempionatında ona son saniyələrdə məğlub olmuşdum. Budəfəki yarışda çox istəyirdim ki, həmin idmançı ilə qarşılaşım və revanş alım. Hadisələr elə istədiyim kimi də baş verdi. İlk mərhələdə çinli rəqibimə qalib gələrək məğlubiyyətin əvəzini çıxdım. Hətta deyərdim ki, bu görüşdə çox rahat qələbə qazandım. Növbəti mərhələdə isə əslən dağıstanlı olan komanda yoldaşım İslam Bazarqanovla qarşılaşdım. Bu görüş də mənim üçün çox məsuliyyətli idi. Ona görə ki, biz olimpiadaya görə onunla eyni çəkidə rəqabət aparırıq. Düşünürəm ki, bu rəqabət hər ikimizin inkişafı üçün çox əhəmiyyətlidir. Komanda yoldaşımı da məğlub etdikdən sonra yarımfinala yüksəldim. Bu mərhələdə gürcüstanlı idmançı Beka Buziaşvili ilə üz-üzə gəldim. Bu idmançı da mənim üçün tanış rəqib idi. Onunla hər zaman yarımfinal görüşlərində qarşılaşmışdım. Bu dəfə də ona qalib gələrək finala vəsiqə qazandım.
- Final görüşündə isə son dünya çempionu olan yaponiyalı Yuto Nişiuçiyə qalib gəldin.
- Qeyd etdiyiniz kimi yaponiyalı rəqibim 61 kq çəkidə son dünya çempionu idi. Görünür, olimpiadaya görə çəkisini 57 kiloqrama salmışdı. Təbii ki, final görüşüm gərginliyi ilə digərlərindən fərqlənirdi. Amma hazırlığım sayəsində qalib gələrək çempion tituluna sahib çıxdım.
- İstərdik ki, olimpiadaya lisenziya uğrunda öz çəki dərəcəndəki rəqiblərin barədə danışasan. Paris-2024-ə lisenziya şanslarını necə dəyərləndirirsən? - Olimpiya çəki dərəcəsi olduğuna görə 57 kq-da güclü idmançılar yarışırlar. Ümumiyyətlə, dünyada aşağı çəki dərəcələrində hər zaman güclü idmançılar olub. İstər Yaponiya, Çin, istərsə də Amerika təmsilçilərinin hər biri öz ölkəsinin lideri kimi bu yarışlarda iştirak edirlər. Amma mən də onlardan zəif deyiləm. Azərbaycanda da rəqabət apardığım idmançılar var. Onlardan biri qeyd etdiyim kimi, son Azərbaycan çempionu İslam Bazarqanovdur. Respublika çempionatına bir həftə qalmış ayağımdan zədə aldığıma görə bu yarışda iştirak edə bilmədim. Amma məşqçilər heyəti Zaqrebdəki turnirdə mənə şans verdi. Düşünürəm ki, onların etimadını layiqincə doğrulda bildim. Bundan başqa mənim üçün əsas rəqiblərdən biri də həm yığmada, həm də klubda komanda yoldaşım olan Əfqan Xaşalovdur. O da güclü bir idmançıdır, dünya çempionudur. Əfqan həm də 44 günlük Vətən müharibəsində iştirak edib və bizim qazimizdir. Mən rəqabət aparmağı çox sevirəm. Hər zaman çalışmışam ki, güclü idmançılarla rəqabət apararaq özümü inkişaf etdirim.
- Aprel ayında güləşçilərimiz Avropa çempionatında iştirak edəcəklər. Necə düşünürsən, bu dəfə qitə çempionatındakı gümüşü qızıl medalla əvəz edə biləcəksənmi?
- Builki Avropa çempionatı da Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək. Artıq bu şəhərdə bir dəfə çempion olmuşam. Bu da özüməinam hissimi bir qədər artırıb. Keçən il Avropa çempionatında hakim haqsızlığına görə məğlub olaraq gümüş medal qazandım. Sonradan həmin hakimlərin kateqoriyalarını əllərindən aldılar. Budəfəki Avropa çempionatına da yüksək səviyyədə hazırlaşıram. Düşünürəm ki, onunla yenə qarşılaşacağam. Amma inanmıram ki, bu dəfə o mənə qalib gəlsin. Zaqrebə Avropa çempionu olmaq üçün gedəcəyəm.
- Dünya çempionatı da lisenziya üçün çox əhəmiyyətli olacaq. - Təbii ki, dünya çempionatı ilin əsas yarışı olacaq və Paris-2024-ə lisenziya xarakteri daşıyacaq. Əsas hədəfim, dünya çempionu olmaq və Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bunun üçün də 2023-cü il məsuliyyətli olacaq. Çətin olsa da bunu bacaracağıma inanıram. Məşqçilərimin mənə ümidləri böyükdür. Çalışacağam ki, bu ümidləri doğruldum.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis
-
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
22.07.2026, 22:17 Gimnastika
-
Konfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu
22.07.2026, 22:00 Futbol
-
Bu gün Milli Mətbuat Günüdür
22.07.2026, 00:38 Olimpiya dünyası
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol