Yığma komandaya ilk medalı “Judo Club 2012”nin üzvü qazandırıb
Olimpizm xəbərləri
12.05.2023, 23:17
Qətərin paytaxtı Doha şəhərində davam edən cüdo üzrə dünya çempionatında Azərbaycan yığma komandasına ilk medalı “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev qazandırıb. Çempionatda 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz bürünc medal uğrunda mübarizədə gürcüstanlı İlya Sulamanidzeyə qalib gəlib.
Fərdi qarşılaşmaların sonuncu günündə əldə olunan bu medal yığma komandamız üçün təsəllidir. Belə ki, komanda üzvlərinin çempionatda uğursuzluğu ölkə mətbuatında ciddi tənqid olunub. Təbii ki, idman mübarizə meydanınıdır və burada bəxt amili, hakim subyektivliyi də əhəmiyyətli rol oynayır. Komandamızla birlikdə hazırda Dohada olan Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov bu barədə açıqlama verərkən klubun digər idmançısı Murad Fətiyevin əzmkarlığını misal göstərib. Gənc cüdoçumuz iki rəqibinə qalib gəldikdən sonra 1/8 finalda çox güclü kubalı idmançı, 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçı, dəfələrlə Panamerika çempionatının və bir sıra mötəbər turnirlərin qalibi İvan Felipe Silva Moralesə uduzub və təəssüf ki, bu məğlubiyyətdə hakimlərin də qeyri-obyektivili az rol oynamayıb.
Zelim Kotsoyev də bürünc medal uğrunda mübarizəyə qədər və gürcü rəqibi ilə qarşılaşmanın özündə hakimlərdən belə münasibət görüb. Lakin əsl döyüşçü iradəsi göstərək komandamıza medal qazandıra bilib. “Judo Club 2012”nin rəhbərliyi onun fədakarlığını yüksək dəyərləndirir. Onu da qeyd edək ki, yığma komandanın tərkibindəki 9 idmançıdan 3-ü Zelim Kotsoyev, Murad Fətiyev və Səid Mollayi Azərbaycanda cüdonun inkişafına sanballı töhfələr verən “Judo Club 2012”nin üzvüdürlər.
Xatırladaq ki, Dohada 99 ölkədən 657 (343 kişi, 314 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 9 kişi və 4 qadın ilə təmsil olunur. Çempionat mayın 14-də başa çatacaq. Həmin gün yarış komanda formatında keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
Bugün, 17:35 Futbol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
Bugün, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
Bugün, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
Bugün, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
Bugün, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
Bugün, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
Bugün, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
Bugün, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
Bugün, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol