“Qarabağ” həndbolçuları Azərbaycan kubokunun qalibi oldular
Olimpizm xəbərləri
16.05.2023, 10:11
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kuboku yarışları keçirilib. “AHF Arena”da təşkil olunan yarışın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və federasiyanın vitse-prezidenti Orxan Abbasov ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğunu və bütün sahələrdə olduğu kimi, idmanda da köklü dəyişikliklərin aparılmasında müstəsna xidmətlər göstərdiyini söyləyiblər. Turnirin açılış mərasimindən əvvəl Azərbaycan Həndbol Federasiyasının (AHF) kollektivi Fəxri xiyabanı ziyarət edərək, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Həmçinin görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb. Eyni zamanda, vurğulanıb ki, müasir müstəqil dövlətin hərtərəfli inkişafının əsasını qoyan ulu öndərin vaxtilə müəyyənləşdirdiyi strateji vəzifələr bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir bədii hissə ilə davam etdirilib. Ardınca dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. Ölkə kuboku turniri açıq elan edildikdən sonra komandalar yarış meydançasına dəvət olunublar. Gənclər və İdman Nazirliyi və AHF-in birgə təşkilatçılığı ilə keçirilən yarışa 7-si kişilərdən, 5-i qadınlardan ibarət olmaqla 12 komanda qatılıb. İlkin mərhələnin nəticələrinə əsasən, yarımfinala yüksələn komandalar finalçıları müəyyənləşdiriblər. Qadınların turnirində “Azəryol” “Azərsu”nu 27:8, “Qarabağ” “İdman Akademiyası”nı 27:23 hesabı ilə məğlub edib. Kişilərin mübarizəsində isə “Məhsul”a 30:23 hesabı ilə qalib gələn “İdman Akademiyası” ilə “Bakı”nı 34:27 hesabı ilə üstələyən “Təhsil” finala yüksəliblər. Final mərhələsində meydançaya əvvəlcə qadın həndbolçular çıxıblar. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan “Azəryol” - “Qarabağ” görüşündə fasiləyə 7 xallıq üstünlüklə yollanan “Qarabağ” ikinci hissədə 30:25 hesabı ilə qalib gələrək turnirin əsas mükafatına layiq görülüb. Kişilərin həlledici oyununda isə “İdman Akademiyası” komandası qalib olun. Rəqibini 34:22 hesabı ilə məğlub edən kollektiv Azərbaycan kubokuna sahib çıxıb. Final oyunlarından sonra mükafatlandırma mərasimi olub. Qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov XXIX Azərbaycan kuboku yarışlarının uğurla başa çatdığını vurğulayıb. İ.Əsgərov finalda uduzan komandaların üzvlərinə ruhdan düşməməyi tövsiyə edib. Olimpiya çempionu Lüdmila Şubinanın da qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, kubok və hədiyyələr təqdim olunub. Yarışlar başa çatdıqdan sonra Azərbaycan kubokunun qalibi olan “Qarabağ” komandasının prezidenti, Olimpiya çempionu Lüdmila Şubina öz təəssüratlarını “Olimpiya dünyası” qəzeti ilə bölüşüb. “Böyük bir uğurlu çıxış nümayiş etdirdik. Kubok uğrunda gərgin mübarizə hökm sürdü. Rəqiblərimiz sona qədər qalib adı uğrunda yarışdılar. “Qarabağ”adı altında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyində çempion olmaq böyük tarixi nailiyyət sayılır. “Azəryol”la final görüşündə qalibin adı cəmi 5 top fərqilə müəyyənləşdi. Uzun müddət idi ki, bu nəticəni gözləyirdik”, - deyə Lüdmila Şubina bildirdi. Təcrübəli mütəxəssis qeyd etdi ki, heyət gənc və perspektivli həndolçulardan formalaşdırılıb. “Həndbolçu qızlarımız yarışlarda böyük fəallıq nümayiş etdirirlər. Heyətdə cəmi bir legionerimiz var. Digərləri isə yerli qızlardan formalaşıb. Əsas heyət üçün böyük rəqabət var. Bu o deməkdir ki, yaxın illərdə Azərbaycanda təcrübəli və güclü həndbolçulardan ibarət komandamız olacaq. Kubok yarışında digər komandaların heyətində də yaxış oyunçular üzə çıxdı. İstəyirik ki, Azərbaycan həndbolu yenidən böyük uğurlara nail oslun. Federasiyanın prezidenti Saleh Məmmədov hər zaman bu inkişafı diqqətdə saxlayır, çatışmayan cəhətlərin aradan qaldırılması üçün əlindən gələni əsirgəmir. Biz də öz növbəmizdə bu etimadı layiqincə doğrutmağa çalışacağıq”, - deyə Lüdmila Şubina vurğuladı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib
24.10.2026, 22:45 Gündəm
-
İki güləşçimiz dünya çempionatının finalında
24.10.2026, 20:25 Güləş
-
Bakıda FIFA U-15 dünya çempionatına start verilir
24.10.2026, 10:38 Gündəm
-
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23.10.2026, 18:36 Gündəm
-
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
23.10.2026, 15:53 Güləş
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23.10.2026, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
23.10.2026, 14:35 Futbol
-
Basketbol Liqasında IV tura start verilir
23.10.2026, 11:17 Basketbol
-
Millimiz bu gün Polşa komandası ilə qarşılaşacaq
23.10.2026, 10:19 Voleybol
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş