Mariborda XVII Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimi keçirilib - FOTO
BOK
24.07.2023, 09:30
İyulun 23-də Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimi keçirilib. “Lyudski vrt” stadionunda keçirilən mərasimdə Sloveniya prezidenti Nataşa Pirts Musar, Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və digər Olimpiya komitələrərinin rəhbər şəxsləri iştirak ediblər. Açılış mərasimində Sloveniyaın dövlət himni səsləndirilib və bayrağı qaldırılıb. 5000 mindən artıq azarkeşin arenadan birbaşa izlədiyi açılış mərasimində oyunların məşəlini sloveniyalı atlet Marovt və ölkə prezidenti Nataşa Pirts Musar alovlandırıb. Olimpiya məşəli rəssam Qreta Qodniç tərəfindən hazırlanıb və oyunların proqramına daxil edilən 11 idman növünü özündə əks etdirir.
Sonra Avropa Olimpiya komitələrinin bayrağı qaldırılıb. Könüllülər, idmançılar, hakimlər və məşqçilər adından and içilib.
Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos açılış mərasimində çıxış edib. O, bildirib ki, Avropa Gənclər Olimpiya Festivalı idmanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Məhz bu yarışlarda fərqlənən idmançılar sonradan böyük idman yarışlarında, xüsusilə Olimpiya Oyunlarında öz ölkələrini təmsil edirlər.
Sonra Sloveniya prezidenti xanım Nataşa Pirts Musar XVII Avropa Gənclər Olimpiya Festivalını açıq elan edərək deyib: “Qoy bu Olimpiya Festivalı idmanın gerçəkləşən arzularının, dostluğun və qarşılıqlı hörmətin bayramı olsun”.
Mərasimdə idmançıların paradı da olub. Azərbaycan millisi paraddan keçib. Bayrağımızı tennisçi Mədinə Babayeva və cüdoçu Ramazan Əhmədov daşıyıb.
Tədbirin bədii hissəsi Sloveniyanı bu ilki Avroviziya müsabiqəsində təmsil edən Joker Aut və opera müğənnisi Rayvenin ifaları ilə davam edib.
Qeyd edək ki, Azərbaycan komandası festivalda 7 idman növü üzrə (şose velosipedi, dağ velosipedi, cüdo, tennis, gimnastika, atletika, üzgüçülük) təmsil olunurlar. Komandamızın heyətində cüdo (12), atletika (8), şose velosipedi (6), dağ velosipedi (1), tennis (4), gimnastika (3) və üzgüçülük (2) idman növləri üzrə 36 idmançı yer alıb.
Festivalda 48 ölkədən idmanın 11 növündə 3000-ə yaxın 13-18 yaşlı idmançılar iştirak edirlər. Yarışın bağlanış mərasimi iyulun 29-na təsadüf edəcək.
Olimpiya Festivalını əlamətdar edəcək daha bir məqam festivalın tarixində üçüncü dəfə Olimpiya Mədəniyyəti və Təhsil Proqramının (OCEP) pavilyonunun qurulması olacaq. Bu dəfəki yarışda OCEP pavilyonu iyulun 26-27-də təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycanın gənc idmançıları bu günədək keçirilmiş Avropa Gənclər Olimpiya Festivalından 13-də iştirak edib və ümumilikdə 78 (29 qızıl, 22 gümüş, 27 bürünc) medal qazanıblar. Bu yarışlarda uğurlar əsasən cüdo, güləş, atletika və idman gimnastikası növlərində əldə olunub. Qazanılan medallardan 54-ü (17 qızıl, 15 gümüş, 22 bürünc) cüdoçularımızın, 16-sı (8 qızıl, 5 gümüş, 3 bürünc) güləşçilərimizin, 7-si (4 qızıl, 1 gümüş, 2 bürünc) atletlərimizin, 1 gümüş medal isə idman gimnastlarımızın payına düşüb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir
06.06.2026, 16:47 Tennis
-
Maykl Olise “Real Madrid”a keçməyə hazırdır
06.06.2026, 16:19 Futbol
-
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
06.06.2026, 16:11 Formula 1
-
Millimiz Avropa Liqasında mübarizəyə başlayır
06.06.2026, 11:51 Voleybol
-
3x3 basketbol millimiz Dünya Kubokunda növbəti oyununu keçirəcək
06.06.2026, 10:39 Basketbol
-
Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu
06.06.2026, 00:19 Futbol
-
Elşad Quliyev: "Bundan sonrakı oyunlara da məsuliyyətlə yanaşacağıq"
05.06.2026, 23:55 Müsahibə
-
Taleh Nəsibov: "Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm"
05.06.2026, 23:50 Müsahibə
-
Bakıda keçirilən Beynəlxalq Voleybol Federasiyasının seminarına yekun vurulub
05.06.2026, 23:31 Voleybol
-
Voleybol millimiz Avropa Liqasına məğlubiyyətlə başladı
05.06.2026, 23:05 Voleybol
-
Basketbol millimiz dünya çempionatının 1/4 finalında
05.06.2026, 22:55 Basketbol
-
Sadıq Sadıqov vəfat edib
05.06.2026, 22:10 Olimpiya dünyası
-
Ramiz Çovdarov: "Azarkeşlərin dəstəyi sayəsində bu uğura nail olduq"
05.06.2026, 21:50 Müsahibə
-
Vüsal İsayev: "Bu qələbəni Azərbaycan xalqına həsr edirik"
05.06.2026, 21:32 Müsahibə
-
Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb
05.06.2026, 21:00 Gündəm
-
“Beşiktaş” Vinçenzo Italiano ilə razılığa gəlib
05.06.2026, 19:05 Futbol
-
Florentino Perez yeni transfer hədəfini açıqladı
05.06.2026, 18:53 Futbol
-
FIFA Dünya Kubokunda zurnaya qadağa qoyur
05.06.2026, 18:33 Futbol
-
Qazaxda futbol festivalı keçirilib
05.06.2026, 18:07 Futbol
-
"Şəfa"nın yeni baş məşqçisi müəyyənləşdi
05.06.2026, 17:55 Futbol
-
Avarçəkənimiz Avropa çempionatında mübarizə aparacaq
05.06.2026, 17:23 Su idman növləri
-
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
05.06.2026, 17:10 Cüdo
-
Güləşçilərimiz mötəbər yarışlara bölgələrdə hazırlaşırlar
05.06.2026, 16:41 Güləş
-
Çingiz Hüseynzadə: “Təhlükəsiz idmanla bağlı bütün problemlər daha operativ şəkildə araşdırılacaq”
05.06.2026, 16:18 Müsahibə
-
Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
05.06.2026, 15:44 Gündəm
-
Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
05.06.2026, 15:25 Gündəm
-
Bakıda Dünya Kuboku yarışlarına start verildi
05.06.2026, 15:11 Gimnastika
-
Milli idman federasiyaları üçün “Təhlükəsiz idman” proqramı başa çatıb
05.06.2026, 13:13 MOK
-
3x3 basketbol millimiz Dünya Kubokunda Litva ilə üz-üzə gələcək
05.06.2026, 11:14 Basketbol
-
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
05.06.2026, 11:00 Voleybol
-
Azərbaycan velosipedçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
05.06.2026, 10:44 Velosiped
-
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
05.06.2026, 10:25 Gündəm
-
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
04.06.2026, 23:52 Gündəm
-
Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazanıblar
04.06.2026, 22:55 Taekvondo