Sentyabrın 22-24-də Bakıda Milli Gimnastika Arenasında ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. Üç gün davam edəcək yarışda iştirak etmək üçün hələlik 64 ölkədən 485 idmançı qeydiyyatdan keçib. Azərbaycan millisi turnirdə 31 idmançı ilə təmsil olunacaq. Cüdoçularımızdan 24-ü kişilərin, 7-si isə qadınların mübarizəsində güclərini sınayacaq.