Bu gün ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo “Böyük dəbilqə” turnirinə start verilib. Milli Gimnastika Arenasında keçirilən yarışda 61 ölkədən 446 (264 kişi, 182 qadın) cüdoçu mübarizə aparır. İlk yarış günündə qadınlar arasında 48 kq, 52 kq və 57 kq çəki dərəcələrində 5 cüdoçumuz, kişilər arasında isə 60 kq və 66 kq çəki dərəcələrində 8 cüdoçumuz medallar uğrunda mübarizəyə başlayıb.
Turnirə sentyabrın 24-də yekun vurulacaq.