Noyabrın 24-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovla görüş keçirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibAzər Əliyev, Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, MOK-un İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Atletika Federasiyasının birinci vitse-prezidenti, millət vəkili Könül Nurullayeva, MOK-un İdman İdarəsinin müdiri Həsənağa Rzayev və Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə iştirak edib.
Görüşdə MilliOlimpiya Komitəsininvitse-prezidenti Çingiz HüseynzadəMOK-unbeynəlxalq idman əlaqələrindən danışaraq bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu bildirib.O,Azərbaycan Prezidenti,Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin çıxışlarında ölkə rəhbərliyinə Milli Olimpiya Komitəsinin prezidentliyindən gəldiyini xüsusilə vurğuladığını deyib. Daha sonra ölkəmizin I Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsindən danışaraq qeyd edib ki, Azərbaycan bu oyunlarda yeni standartları müəyyənləşdirib.
Çingiz Hüseynzadə həmçinin Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresininkeçirildiyinivəbu tədbirdə Avropa Ədalətli Oyunlar Hərəkatı ilə bağlı mükafatların verildiyini, ölkəmizdə atletikanın inkişafı ilə bağlı fikirlərinidiqqətəçatdırıb:“Azərbaycanda Atletika Federasiyasının100 illiyi qeyd olunacaq.Atletika ölkəmizdə bütün idman növlərinin inkişafında xüsusi yer tutur. Təsadüfi deyil ki, Paris-2024 Yay Olimpiya Oyunlarına ilk lisenziyanı məhz atletimiz Anna Skidan qazanıb. İstər Olimpiya, istərsə də Avropa Oyunlarında atletika yarışları bir qayda olaraq əsas yarışlardan hesab olunur”.
Çingiz Hüseynzadədaha sonrabildirib ki, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun idman sahəsində böyük təcrübəsivar.O, bundan əvvəl Azərbaycan Voleybol Federasiyasının da prezidenti olub və rəhbərlik etdiyi federasiya böyük uğurlar qazanıb.
Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov Azərbaycana səfərindən məmnun olduğunu və burada özünü doğma evindəki kimihiss etdiyinibildirib. Qonaq MOK-da keçirilən bu görüşə görə minnətdarlıq edərəkdeyibki, Azərbaycan Atletika Federasiyasının 100 illik yubileyiböyük idman hadisəsidir. O, Azərbaycanatletikasınıninkişafı üçün Avropa Atletika Assosiasiyasınınözdəstəyinibundan sonra daəsirgəməyəcəyini deyib. Dobromir Karamarinov Respublika Olimpiya Mərkəzi ilə tanışlığı barəsində də danışaraq ölkədə atletika idman növünün inkişafı üçün daha böyük və müasir mərkəzə ehtiyac duyulduğunu, rəhbərlik etdiyi qurumun bu sahədə yerli federasiyayalazımi köməkgöstərməyə hazır olduğunu vurğulayıb. O, Azərbaycan Atletika Federasiyasının Avropa AtletikaAssosiasiyasının bir hissəsiolduğunu qeyd edərək,əmin olduğunu bildirib ki,bu idman növüölkəmizdədaha da inkişaf edəcəkvə gələcəkdədəböyük uğurlar əldə olunacaqdır.
Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasındakı fəaliyyətindən danışaraq,qeyd edib ki,ölkəmizdəatletikanın inkişafı ilə bağlı əlindən gələni əsirgəməyəcək. Bu istiqamətdə Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Avropa Atletika Assosiasiyasının dafederasiyaya kömək edəcəyinə ümidvar olduğunu bildirib. Federasiya prezidenti Respublika Olimpiya Mərkəzindəki şərait barədə danışaraq orada yerləşən ictimai iaşə obyektinin yenidən qurulacağını və idmançılar üçün zəruri qidalarla təmin olunacağını vurğulayıb.
Görüşün sonunda MOK-un vitse-prezidenti Çingiz HüseynzadəAvropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovaxüsusi xatirə hədiyyəsi təqdim edib.