Ümummilli lider Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illiyinə həsr olunmuş OCEP (Olimpiya Mədəniyyəti və Təhsil Proqramı) məktəblərinin şagirdləri arasında “Kids Athletics” yarışlarının final mərhələsi keçirilib.
İdman tədbiri Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Avropa Atletika Assosiasiyasının dəstəyi ilə təşkil olunub.
Yarış açılışında Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış ediblər.
Final yarışında çıxış edən 18 məktəbdən 144 şagirdin arasından 6 məktəb finala vəsiqə qazanıb.
Yarışın yekununda 19 saylı məktəb birinci yerə layiq görülüb. 229 saylı məktəb ikinci, 164 saylı məktəb isə üçüncü yeri tutub.
Xatırladaq ki, əvvəlki illərdə də OCEP layihəsi çərçivəsində Azərbaycan Atletika Federasiyası ilə birlikdə “Kids Athletics” yarışları uğurla təşkil olunub.