Çex yeni komandasında ilk qələbəsini qazandı

Çex yeni komandasında ilk qələbəsini qazandı

"Çelsi"nin keçmiş qapıçısı Petr Çex İngiltərə Elit Hokkey Liqasında (EIHL) hazırkı çempion “Belfast Giants”ın heyətində debüt edib. “Qlazqo Klanı” ilə oyunun bitməsinə 4 dəqiqə qalmış Çex zədəli qapıçı Tayler Beskorovaninin yerinə buz üzərinə çıxıb. Bu görüşdə onun komandası qalib gəlib - 5:1.
Xatırladaq ki, Çex futbolçu karyerasını 2019-cu ilin yayında başa vurub. O, dördqat İngiltərə çempionu, "Çelsi" ilə Çempionlar Liqasının və Avropa Liqasının qalibidir.