Çex yeni komandasında ilk qələbəsini qazandı

Çex yeni komandasında ilk qələbəsini qazandı

Olimpizm xəbərləri

26.11.2023, 14:14

"Çelsi"nin keçmiş qapıçısı Petr Çex İngiltərə Elit Hokkey Liqasında (EIHL) hazırkı çempion “Belfast Giants”ın heyətində debüt edib. “Qlazqo Klanı” ilə oyunun bitməsinə 4 dəqiqə qalmış Çex zədəli qapıçı Tayler Beskorovaninin yerinə buz üzərinə çıxıb. Bu görüşdə onun komandası qalib gəlib - 5:1. Xatırladaq ki, Çex futbolçu karyerasını 2019-cu ilin yayında başa vurub. O, dördqat İngiltərə çempionu, "Çelsi" ilə Çempionlar Liqasının və Avropa Liqasının qalibidir.

 

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR