Dekabrın 2-3-də Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. İki gün davam edəcək yarışda 88 ölkədən 520 (308 kişi, 212 qadın) cüdoçu medallar uğrunda mübarizə aparacaq. Ölkəmiz turnirdə
8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunacaq.
Cüdoçularımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.