Bütün diqqətlər Hamburqa yönəlib - Püşkatma

Bütün diqqətlər Hamburqa yönəlib - Püşkatma

Bu gün Avro-2024-ünfinal mərhələsinin püşkü atılacaq. Hamburqda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.Püşkatmada 21 milli komanda rəqiblərini tanıyacaq. Son 3 vəsiqənin sahibi isə pley-off mərhələsinin oyunları ilə müəyyənləşəcək. A, B və C Yolundan

gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

 

AÇ-2024

 

1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

2-ci səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

3-cü səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

4-cü səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C

Yolunda pley-off qalibi