Super yüngül çəki dərəcəsində mübarizə aparan amerikalı boksçu Rayan Qarsiya Oskar Duarteni məğlub etdikdən sonra titul döyüşü keçirmək istədiyini bildirib. O rəqibi kimi həmyerlisi Rolando Romeronu seçib.
“Dünya çempionu olmağa çalışacam. Hiss edirəm ki, bu mənim üçün uyğun bir sınaq olacaq. Mən özümü boksçu kimi tapmışam. Yeni məşqçim Derrik Ceymslə təkmilləşmək asan olacaq. Çempion olmaq istəyirəm - bu mənim məqsədimdir. Düzünü desəm, Rolli (Rolando Romero) ilə döyüşmək istəyirəm”, – deyə Qarsiya DAZN-a verdiyi müsahibəsində bildirib.
Məlumat üçün bildirək ki, Qarsiya və Romeronun hərəyə bir məğlubiyyəti var.