İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı və “Cüdo Klub-2012” İctimai Birliyi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb - FOTO
Olimpizm xəbərləri
05.12.2023, 15:44
Dekabrın 5-də MOK-un inzibati binasında Milli Olimpiya Komitəsinin təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi ilə əlaqədar “Cüdo Klub-2012” İctimai Birliyi arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Bu bardə Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib. MOK-da keçirilən mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “Cüdo Klub-2012” ictimai birliyinin sədri Azər Əsgərov, "AzmanHoldinq"şirkətinin icraçı direktoru İlham Əhmədov, “Judo Club 2012” klubunun direktoru Mübariz Cəfərov, rəsmi qonaqlar və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək üçün ölkəmizdə idmanı və Olimpizmi ümumxalq hərəkatına çevirmək üçün həyata keçirdiyi siyasət uğurla davam etdirilir. MOK-un təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi də bu sahədə böyük əhəmiyyət daşıyır.
Bu festival ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir.
Festivalda dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2022-2024-cü illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş sənədli və bədii filmlər, televiziya kanalları iştirak edə bilər.
İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının açılış mərasimi, dekabr ayının ortalarında, bağlanış mərasimi isə 2024-cü ilin mart ayında baş tutacaqdır.
Tədbir zamanı qaliblərin elan edilməsi və mükafatlandırma mərasimi keçiriləcək, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq.
Mükafatlandırma mərasimi televiziya kanallarında yayımlanacaq.
Festivalda iştirak etmək istəyən müəlliflər və təşkilatlar öz filmlərini, proqramlarını festivalın Təşkilat Komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim edə və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə festivalın rəsmi elektron poçt ünvanına göndərə bilərlər. Festivala video məhsulların qəbulu 30.01.2024-cü ilə kimi davam edəcək. İdman Filmləri və Proqramları Milli Televiziya Festivalın tərəfdaşı “Cüdo Klub-2012”, informasiya tərəfdaşları AZTV, AZTV İdman, İctimai TV, CBC Sport, “MİR” televiziya kanalları, “Olimpiya dünyası” qazeti, “Olympic.az”, “Olimpnews.az”, “trend.az”, “milli.az”, “azernews” və “day.az” informasiya portallarıdır.
Daha ətraflı məlumat üçün: http://millitvfest.az/, https://www.facebook.com/millitvfest.az/, https://www.youtube.com/ Milli İdman Televiziya Festivalı/, https://www.istagram.com/millitvfest.az/
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
Bugün, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
Bugün, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
Bugün, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
Bugün, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
Bugün, 18:36 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
Bugün, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
Bugün, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
Bugün, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
Bugün, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
Bugün, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
Bugün, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
Bugün, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
Bugün, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
Bugün, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
Bugün, 11:40 Cüdo
-
Azərbaycan Kubokunda yeni mövsüm başlayır
Bugün, 11:02 Futbol
-
Messi millidəki karyerasını başa vurdu
Bugün, 10:48 Futbol
-
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəlib
Bugün, 10:34 Boks
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 10:00 Cüdo
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası