18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyunu keçirib. Komandamız Gürcüstanın Telavi şəhərində təşkil olunan oyunda Ukrayna voleybolçuları ilə üz-üzə gəlib. Cəlil Baxtiozinin baş məşqçisi olduğu komandamız 0:3 (7:25, 17:25, 18:25) hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandamız ilk görüşdə Polşaya da eyni hesabla məğlub olmuşdu.