Braziliyanın "Santos" futbol klubu 111 illik tarixində ilk dəfə olaraq Yüksək Liqanı tərk edib. Komanda ölkə çempionatının son turunda "Fortaleza"ya uduzub. "Santos" 90+6-cı dəqiqədə qapısından qol buraxıb. 38 turun nəticələrinə əsasən, komanda 43 xalla 17-ci yeri tutub və A seriyasını tərk edib. Beləliklə, yeni mövsümdən onlar mübarizəni ikinci liqada davam etdirəcəklər.
Qeyd edək ki, "Futbol kralı" Pelenin klubu kimi də tanınan "Santos" turniri 16-cı yerdə başa vuran və yüksək liqada qalan "Bayi" komandasından (44 xal) cəmi 1 xal geri qalıb. "Santos"la yanaşı, müvafiq olaraq 18-20-ci yerləri tutan "Qoyas", "Koritiba" və "Amerika MG" komandaları da yeni mövsümdən B seriyasında yarışacaqlar. "Santos" 8 dəfə (1961, 1962, 1963, 1964, 1965, 1968, 2022, 2004) Braziliya çempionatının qalibi olub və həmçinin 3 dəfə (1962, 1963, 2011) Libertadores Kubokunun qazanıb.