Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. 402 komandadan ibarət siyahıda Azərbaycanın yenə 3 təmsilçisi yer alıb. Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 84-cüdür. "Neftçi" və "Sabah" klubları da geriləyiblər. "Ağ-qaralar" 340-cı sıradan 378-ə, “Sabah” isə isə 342-ci mövqedən 391-ci pilləyə düşüb.
Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (314 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (308 xal) ikincidir. İtaliyanın "İnter" (264) komandası isə üçüncü pillədə qərarlaşıb.