Gənclər və idman naziri Fərid Qayıbov bolqarıstanlı həmkarı Dimitar İlievi qəbul edib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, qonağı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən F. Qayıbov ona idman və gənclər sahələrində görülən işlər, əldə edilən nailiyyətlər barədə məlumat verib.
Görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində əlaqələrin hazırkı səviyyəsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün sonunda Azərbaycan və Bolqarıstan arasında gənclər və idman sahələrində əməkdaşlıq memorandumu imzalanıb.
Tədbirdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov və hər iki nazirliyin digər məsul şəxsləri iştirak ediblər.
Azərbaycan və Bolqarıstan arasında gənclər və idman sahələrində əməkdaşlıq memorandumu imzalanıb